Cənubi Koreya Şimali Koreyanın raket atəşi açdığını bildiribbackend

Cənubi Koreya Şimali Koreyanın raket atəşi açdığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya Ordusu Şimali Koreyanın bir neçə reaktiv yaylım atəşi açdığını bildirib. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreya baş komandalığının məlumatına görə, təsbit edilən raketlər ya nüvə silahın, ya da başqa raketlərin sınağıdır. Cənubi Koreya tərəfindən verilən açıqlamada bildirilib ki, bütün bunlar narahatlıq doğurur. Rəsmi Seul Şimali Koreyanın bu addımlarını növbəti güc göstərici adlandırıb.

//Nəzərbəy Hacıağayev, Editor.az