Cənubi Koreya Ukraynaya silah tədarük etməyə başlasa…- Vladimir Putin hədələdibackend

Cənubi Koreya Ukraynaya silah tədarük etməyə başlasa…- Vladimir Putin hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya Ukraynaya silah tədarük etməyə başlasa, Rusiya cavab tədbirləri görəcək.

Editor.az xəbər verir ki, bunu prezident Vladimir Putin deyib. Bundan əvvəl isə Cənubi Koreya Ukraynaya öldürücü silahların verilməsi imkanlarına yenidən baxmağı planlaşdırdığını açıqlayıb və bu, Rusiya KXDR ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi bağladıqdan sonra baş verib.

“Əgər bu baş verərsə, o zaman biz də Cənubi Koreyanın hazırkı rəhbərliyini razı sala bilməyəcək müvafiq qərarlar qəbul edəcəyik”, – deyə Putin Hanoyda mətbuata çıxışı zamanı bildirib. O, aydınlaşdırıb ki, Cənubi Koreyanın narahat olacağı heç nə yoxdur, çünki imzalanmış saziş yalnız sazişin tərəflərindən birinə qarşı təcavüz halında yardım nəzərdə tutur: “Mən bildiyimə görə, Koreya Respublikası KXDR-ə qarşı təcavüz planlaşdırmır, bu da o deməkdir ki, bu sahədə əməkdaşlığımızdan qorxmaq lazım deyil”, – Putin qeyd edib.

Xatırladaq ki, Rusiya və KXDR arasında saziş bir gün əvvəl Vladimir Putinin 18-19 iyunda Şimali Koreyaya səfəri zamanı imzalanıb.

//Samir Qurbanov, Editor.az