Cənubi Koreya və ABŞ Ulchi Freedom Shield (UFS) illik birgə əsas hərbi təlimlərinə başlayır.
Editor.az bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb. Onların məqsədi ümumi müdafiə hazırlığını və Şimali Koreyadan gələn təhlükələrə qarşı çıxmaq qabiliyyətini gücləndirməkdir. Yonhanın sözlərinə görə, UFS təlimləri avqustun 19-29-da başlayacaq. Onun proqramlarına kompüter simulyasiyası əsasında əsgərlərin hazırlanması və mülki müdafiə bacarıqlarının praktiki tətbiqi daxildir. Təlimlər quru, dəniz, hava, kiber və kosmos da daxil olmaqla müxtəlif vasitələrdən istifadə etməklə tammiqyaslı döyüş ssenariləri əsasında aparılır.
Təşkilatçılar əmindirlər ki, belə təlim Cənubi Koreya və ABŞ-ın istənilən təxribata cavab vermək və nüvə silahından müdafiə etmək qabiliyyətini və hazırlığını daha da gücləndirəcək. Bundan əvvəl məlum idi ki, Cənubi Koreyada təhlükəsizlik baxımından ölkədə öz silahlarının yaradılmasını dəstəkləyənlərin sayı artmaqdadır.
//Gülnarə Abasova, Editor.az