Cənubi Koreyada akkumulyator zavodunda yanğın: 20 nəfər ölübbackend

Cənubi Koreyada akkumulyator zavodunda yanğın: 20 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın paytaxtı Seulun cənubundakı litium akkumulyator fabrikində yanğın baş verib.

Editor.az Yonhap-a istinadla xəbər verir ki, yanğınsöndürmə briqadası Seulun cənubundakı Hvason şəhərində “Aricell” adlı litium batareya istehsal edən fabrikdə baş verən yanğına müdaxilə edib. İlkin məlumata görə, yanğın nəticəsində 20 nəfər ölüb, ölən işçilərin şəxsiyyəti hələlik müəyyən edilməyib. Səlahiyyətlilər, 2-si ağır yaralanan 4 nəfərin xəstəxanaya göndərildiyini, fabrikdə qapalı qalan digər işçilərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Yanğının başvermə səbəbləri araşdırılır. Cənubi Koreya prezidenti Yoon Suk Yeol yanğının söndürülməsi və sıxışmış işçilərin xilas edilməsi üçün bütün mövcud şəxsi heyəti və avadanlıqları səfərbər etmək üçün təcili əmr verib. Daxili işlər və təhlükəsizlik naziri Li Sanq-min də müvafiq dövlət qurumlarından və yerli hökumətlərdən bütün mövcud resurslar və imkanları səfərbər etməyi xahiş edib.

Yanğının fabrikdə 35 mindən çox akkumulyatorun törətdiyi partlayışlar səbəbindən qısa müddətdə böyüdüyü bildirilib. Alovlara müdaxilə etmək üçün bölgəyə 50 yanğınsöndürən maşını və 150 ​​canlı qüvvənin göndərildiyi qeyd edilərkən, davam edən partlayışların söndürmə işlərini çətinləşdirdiyi bildirilib. Səlahiyyətlilər ölənlərin sayının artacağından narahatdırlar.

//Gülnarə Abasova, Editor.az