Cənubi Koreyada bir robot çox işləməyə məcbur edildiyi üçün intihar edibbackend

Cənubi Koreyada bir robot çox işləməyə məcbur edildiyi üçün intihar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın Qumi şəhər bələdiyyəsində işləyən “Robot Nəzarətçisi’ ləqəbli robotun özünü pilləkəndan aşağı ataraq intihar etdiyi bildirilir.

Editor.az Indian Express qəzetinə istinadla xəbər verir ki, robot digər robotlardan daha çox işləməyə məcbur edildiyi üçün intihar edib. Hadisə şahidləri, özünü pilləkən qəfəsindən aşağı atdığı deyilən robotun intihar etməzdən əvvəl qəribə davranışlar sərgilədiyini və bir yerdə nəsə varmış kimi dövrə vurduğunu bildirib.

Kaliforniyada yerləşən Bear Robotics şirkəti tərəfindən istehsal edilən robotun hissələri tez bir zamanda şəhər şurasının əməkdaşları tərəfindən toplanaraq analiz üçün göndərilib.

//Gülnarə Abasova, Editor.az