Cənubi Koreyada güclü qar həyatı dayandırıb: Ən azı 3 ölü, 12 yaralı varbackend

Cənubi Koreyada güclü qar həyatı dayandırıb: Ən azı 3 ölü, 12 yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın paytaxtı Seul və ətrafına rekord miqdarda qar yağması reyslərin və bərələrin təxirə salınmasına səbəb olub və gündəlik həyata mənfi təsir edib.

Editor.az xəbər verir ki, hündürlüyü 40 santimetri keçən qar nəticəsində azı 3 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Yonhap xəbər agentliyinin məlumatına görə, Pyeongtaek şəhərində qarla dolu qolf məşq torunun çökməsi nəticəsində bir nəfər ölüb, digəri isə Yongin şəhərində yıxılan ağaca çırpılıb. Çərşənbə günü axşam polis ölkənin şərqindəki Qanqvon əyalətinin mərkəzi şəhəri olan Wonjuda magistral yolda 53 avtomobilin toqquşması nəticəsində 11 nəfərin yaralandığını bildirib.

Koreya Meteorologiya İdarəsi (KMA) dünən başlayan qarın son 117 ilin ən güclü noyabr qarı olduğunu açıqlayıb. KMA, qar yağmasının həyata mənfi təsir etdiyi paytaxt Seul, Gyeonggi və Kanqvon əyalətlərinə xəbərdarlıq edib və qarın bölgəyə təsirinin cümə günü gec saatlara qədər davam edəcəyini təxmin edir. Bəzi ştatlarda qar yağışı həyatı dayandırıb və məktəblərdə təhsil dayandırılıb. Ölkə üzrə 70 marşrut üzrə bərə xidmətlərinin dayandırıldığı, 156 reysin ləğv edildiyi açıqlanıb.

//Gülnarə Abasova, Editor.az