Cənubi Koreyada minik avtomobili zirehli maşına çırpıldı: 4 ölü, 1 yaralıbackend

Cənubi Koreyada minik avtomobili zirehli maşına çırpıldı: 4 ölü, 1 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ silahlı qüvvələrinə məxsus zirehli maşının və minik avtomobilinin iştirak ilə ağır yol qəzası baş verib.

Editor.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə avqustun 30-da Poçhom şəhəri yaxınlığında qeydə alınıb. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, yerli sakinin idarə etdiyi minik avtomobili, yüksək sürətlə, hərbi baza istiqamətində hərəkətdə olan zirehli maşına arxadan çırpılıb. Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb. Qəza nəticəsində avtomobilin sürücüsü və 3 sərnişini aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. Zirehli maşında olan biri hərbi qulluqçu isə yaralanıb.