Cənubi Koreyada hərbi vəziyyət elan olunduğu üçün vəzifəsindən uzaqlaşdırılan prezident Yoon Suk Yeol ilə əvəzlənən baş nazir Han Duk-soya qarşı impiçment prosesinin başlanacağı açıqlanıb.
Editor.az xəbər verir ki, qərarı Cənubi Koreyada əsas müxalifətdəki Demokratik Partiyası (DP) parlamenti açıqlayıb. Bildirilib ki, proses 3 dekabrda başlayacaq.
DP Parlament Qrupunun sədri Park Çan-dae, parlamentin prezident Yoon Suk Yeol və həyat yoldaşı Kim Keon-hee-yə qarşı korrupsiya iddialarının xüsusi təhqiqat tələb edən iki qanun layihəsini imzalamaması və həyata keçirməməsi səbəbi ilə baş nazir Hana qarşı impiçment proseduruna başlayacaqlarını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl əsas müxalifət rəsmiləri xəbərdarlıq etmişdilər ki, parlament dekabrın 24-dək Yoon və onun həyat yoldaşı ilə bağlı istintaq qərarını qüvvəyə mindirməsə, müvəqqəti prezident Hana qarşı impiçment prosesi başlayacaq.
//Gülnarə Abasova, Editor.az