Cənubi Koreyada prezidentin istefası tələb olunurbackend

Cənubi Koreyada prezidentin istefası tələb olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyada etirazçılar ölkənin iri şəhərlərinin əsas meydanlarına çıxaraq dekabrın 3-də hərbi vəziyyət elan edən prezident Yoon Seok-Yeolun istefasını tələb ediblər.

Editor.az bu barədə “Yonhap” xəbər agentliyinə istinadən məlumat verir. Materialda deyilir ki, hərbi vəziyyətin elan edilməsindən sonra 45 il ərzində ilk dəfə yerli sakinlər əllərində şamlarla etiraz aksiyasına çıxıblar. Piketçilər “Yun Seok-Yeol istefa verməlidir” şüarları səsləndiriblər, eyni çağırışlar onların plakatlarında da yazılıb.

Bundan əlavə, CNN-in məlumatına görə, etirazçılar Seuldakı prezident administrasiyasına gediblər. Qəzet yazır ki, yürüş Cənubi Koreyanın ən böyük həmkarlar ittifaqı qrupu tərəfindən başlayıb və o, prezident istefaya gedənə qədər tətili dayandırmayacağını bəyan edib.

//Samir Qurbanov, Editor.az