Cənubi Koreyada yanğın: 7 ölü, 41 yaralıbackend

Cənubi Koreyada yanğın: 7 ölü, 41 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın Dequ şəhərində 7 mərtəbəli binanın ikinci mərtəbəsində yanğın çıxıb. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, yanğın zamanı 7 nəfər həyatını itirib, 41 nəfər isə yaralanıb. Hadisənin qəsdən törədildiyi bildirilir. Ölənlərin hamı eyni ofisin işçiləri olub.

Qeyd edək ki, 2003-cü ildə də elə Dequ şəhərində 56 yaşlı kişinin qatarı yandırması ucbatından 192 nəfər vəfat etmişdi.

//Nəzərbəy Hacıağayev, Editor.az