Cənubi Koreyada yanğın : Atom Elektrik Stansiyasına təhlükədə…backend

Cənubi Koreyada yanğın : Atom Elektrik Stansiyasına təhlükədə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın şərqindəki sahil bölgəsində yanğın baş verib. Editor.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, səhər saatlarında başlayan yanğın hələ də söndürülə bilməyib və qısa müddət ərzində atom elektrik stansiyası üçün təhlükə yaradıb.

Cənubi Koreyanın şərq sahil bölgəsində baş verən yanğınla əlaqədar 4 min insanın təxliyə edildiyi bildirilib. Bu gün səhər saatlarında Uljin dağlıq ərazisində baş verən yanğında 22 ev və 9 bina yanıb.

Milli Yanğından Mühafizə Agentliyinin rəsmiləri yanğın səbəbilə 4 min insanın təxliyə edildiyini, axşam saatlarında isə 1000-ə yaxın yanğınsöndürənin alovu söndürmək üçün mübarizə apardığını bildirib.

Yanğının sahil bölgəsindəki bir nüvə stansiyası üçün müvəqqəti təhlükə yaratdığını bildirən rəsmilər yüzlərlə yanğınsöndürənin müdaxiləsi ilə nəzarət altında saxlanılan alovun küləyin təsiri ilə istiqamətini dəyişdiyini qeyd edib.

Hökumət nümayəndələri yanğınsöndürənlərin alovun Samçeok şəhəri yaxınlığındakı mayeləşdirilmiş təbii qaz zavoduna keçməsinin qarşısını almağa çalışdıqlarını bildiriblər.

Yanğın zamanı ölən və xəsarət alan olmayıb.