Cənubi Koreyadan 6 ildən sonra ilk: Şimali Koreya sərhədi yaxınlığında canlı sursatla məşqbackend

Cənubi Koreyadan 6 ildən sonra ilk: Şimali Koreya sərhədi yaxınlığında canlı sursatla məşq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya 6 ildə ilk dəfə olaraq Şimali Koreya sərhədi yaxınlığındakı atış poliqonunda həqiqi sursatla təlim keçirib.

Editor.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusundan verilən açıqlamada deyilir. Təlimin iki Koreyanı birləşdirən hərbsizləşdirilmiş zonaya yaxın Gyeonggi və Qangvon bölgələrindəki cəbhə xəttində keçirildiyi bildirilib. Açıqlamada 6 ildən sonra ilk dəfə keçirilən həqiqi sursat təlimində 140 güllənin atıldığı bildirilib.

Açıqlamada bu təlimin hökumətin 2018-ci ildə imzaladığı və hərbi gərginliyi azaltmaq məqsədi daşıyan Koreyalararası Müqaviləni dayandırmasından sonra quruda keçirilən ilk təlim olduğu və ordunun bundan sonra müntəzəm olaraq təlimlər keçirəcəyi bildirilib. İyunun 26-da Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları 7 ildən sonra ilk dəfə Şimali Koreya sərhədi yaxınlığındakı adalarda real döyüş sursatı ilə təlim keçirib.

//Gülnarə Abasova, Editor.az