Cənubi Koreyadan Rusiya və Şimali Koreya vətəndaşlarına və şirkətlərinə qarşı sanksiyalar tətbiq olunubbackend

Cənubi Koreyadan Rusiya və Şimali Koreya vətəndaşlarına və şirkətlərinə qarşı sanksiyalar tətbiq olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Şimali Koreya arasında iddia edilən “qanunsuz hərbi əməkdaşlıq”da iştirak etməkdə ittiham olunan 11 şəxs və 15 şirkətə qarşı birtərəfli sanksiya qərarı verilib.

Editor.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir. Hökumətin Rusiya ilə Şimali Koreya arasında qeyri-qanuni hərbi əməkdaşlıqda iştirak edən 11 şəxs və 15 təşkilata qarşı birtərəfli sanksiyalar tətbiq etdiyi bildirilib. Açıqlamaya görə, Şimali Koreyadan olan hərbi ekspertlər “qara siyahı”ya salınarkən, sanksiya tətbiq edilən Şimali Koreya rəsmiləri arasında “Ukrayna müharibəsinə göndərildiyi” iddia edilən “Qasırğa” Korpusu və onun komandiri Li Bonq-cun da var. Rusiya tərəfindən “qara siyahı”ya yeddi vətəndaş və onlarla əlaqəli doqquz şirkət daxil olduğu halda, beş bankın adı da siyahıya salınıb. Sanksiyalar dekabrın 19-da gecə yarısı qüvvəyə minəcək. Sanksiya tətbiq edilmiş təşkilatlarla bütün maliyyə və valyuta əməliyyatları Maliyyə Xidmətləri Komissiyası və ya Koreya Bankı tərəfindən təsdiqlənməlidir. Qanunu pozanlar cəzalandırılacaq.

Seul sanksiyaları “Rusiya-Şimali Koreya hərbi əməkdaşlığına birgə cavab” kimi qiymətləndirib. Bu qərar dekabrın 16-17-də Cənubi Koreya, ABŞ, Yaponiya, Avstraliya, Kanada, Fransa, Almaniya, İtaliya, Yeni Zelandiya, Böyük Britaniya və Avropa İttifaqının xarici işlər nazirlərinin birgə bəyanatından sonra verilib.

//Gülnarə Abasova, Editor.az