Cənubi Koreyadan Şimala sərhəddə xəbərdarlıq atəşibackend

Cənubi Koreyadan Şimala sərhəddə xəbərdarlıq atəşi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya əsgərləri 9 iyun- bazar günü, təxminlərə görə sərhədi “təsadüfən” pozan 20 Şimali Koreya əsgərinə xəbərdarlıq atəşi açıb.

Editor.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahının verdiyi açıqlamada bildirilib.

Bildirilib ki, hadisə bazar günü, iyunun 9-u, saat 12.30 (GMT 06.30) radələrində baş verib. 20-yə yaxın Şimali Koreya əsgəri iki dövlət arasında sərhədin mərkəzi hissələrində, demilitarizasiya zonasında demarkasiya xəttini qısa müddətə keçərək, Cənubi Koreya hərbçilərinin xəbərdarlıq atəşi açmasından və radio yayımlarından sonra Şimali Koreyaya qayıdıb. Bu hadisədən sonra qeyri-adi aktivliyin olmadığı bildirilib. Cənubi Koreya rəsmiləri, şimallıların demilitarizasiya zonasında missiyanı yerinə yetirərkən “istəksizcə” sərhədi keçdiyini düşünür.

Qeyd olunub ki, sözügedən ərazi hazırda sıx ot və kol-kosla örtülü olduğundan sərhəd nişanlarının görünməsini çətinləşdirir. Cənubi Koreya Baş Qərargahının sözçüsü polkovnik Li Sonq Jun deyib: “Bizim xəbərdarlıq atəşimizdən sonra onlar dərhal Şimali Koreya tərəfinə üz tutdular. Hesab edirik ki, onlar bizim ərazimizə daxil olmaq niyyətində deyillər. Hadisə Şimali Koreyanın cənuba “zibil” olan yüzlərlə şar göndərməsindən bir neçə saat sonra baş verib və Cənubi Koreya iki dövlət arasındakı sərhəddə səsgücləndiricilər vasitəsilə təbliğat yayımlamağa başlayıb”.

//Gülnarə Abasova, Editor.az