Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Yoon Seok-Yulun hərbi vəziyyətin tətbiqi ilə bağlı qərarının qanuna uyğun olmadığına qərar verib.
Yerli xəbər agentliyi “Yonhap” xəbər verir ki, məhkəmə yekdilliklə onun impiçmentini təsdiqləyib.
İmpiçmenti təsdiqləmək üçün səkkiz hakimdən ən azı altısının səsini almaq lazım idi. Konstitusiya Məhkəməsinin qərarı nəhayət ki, Yulu hakimiyyətdən uzaqlaşdırıb. İndi ölkədə iyunun 3-də növbədənkənar prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur. 3 dekabr 2024-cü ildə Yun Seok-Yulun ölkədə hərbi vəziyyətin tətbiqinə qərar verib və ertəsi gün bu vəziyyət ləğv olunub. O, öz əməllərini daxili siyasi səbəblərlə əsaslandırıb, müxalifəti dövlət əleyhinə fəaliyyətdə və üsyan hazırlamaqda ittiham edib. Dekabrın 14-də cənab Yula impiçment elan edilib və sonra həbs olunub.
2025-ci ilin martında Konstitusiya Məhkəməsi impiçmentini rədd edib. Elə həmin ay Yun Seok Yul həbsdən azad olunub.
//Samir Qurbanov, Editor.az