Amerikaya məxsus F-16 qırıcısı Cənubi Koreyanın qərb sahillərində sulara düşüb.
Editor.az bildirir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi mənbələrə istinadən xəbər verib. Agentliyin həmsöhbətləri qeyd ediblər ki, F-16 pilotu təyyarədən atıla bilib. Mənbələrin məlumatına görə, qırıcı yerli vaxtla saat 8:40-da Qunsan yaxınlığında (Seuldan 247 km cənub) sulara düşüb.
“Qırıcı suya düşüb, xilas edilən pilot isə sağdır”, – agentliyin mənbəsi bildirib. Kunsanda F-16 təyyarələrini idarə edən ABŞ Hərbi Hava Qüvvələri bazası (Kunsan K-8 Hava Bazası) yerləşir.
Bu bazada ABŞ Hərbi Hava Qüvvələrinin 8-ci Qırıcı Qanadı “Qurd Paketi”, eləcə də Cənubi Koreya Hərbi Hava Qüvvələrinin 38-ci Qanadı yerləşir. 2023-cü il dekabrın 10-da aviabazanın mətbuat xidməti F-16-nın Sarı dəniz üzərində uçarkən qəzaya uğraması barədə məlumat yaymışdı. O zaman da pilot qırıcıdan tullanmağı bacarmışdı.
//Samir Qurbanov, Editor.az

