Cənubi Osetiya Gürcüstana meydan oxudu: Gürcüstan sərhədlərin delimitasiyası və demarkasiyası üçün bizimlə birgə işləməlidirbackend

Cənubi Osetiya Gürcüstana meydan oxudu: Gürcüstan sərhədlərin delimitasiyası və demarkasiyası üçün bizimlə birgə işləməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Osetiyanın qondarma “prezidenti” Alan Qaqloyev Gürcüstan hakimiyyətini dövlət sərhədlərinin demarkasiyası yolu ilə 2008-ci ildə ölkəyə qarşı təcavüzə görə məsuliyyətini dərk etməyə çağırıb.

“Gürcüstan törədilmiş təcavüz və hərbi cinayətlərə görə öz məsuliyyətini dərk etməli, güc tətbiq etməmək haqqında saziş imzalamalı, həmçinin dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üçün birgə işləməlidir”.

O, qeyd edib ki, yalnız bundan sonra münasibətlərin qurulması perspektivlərindən danışmaq olar. Qaqloyev sözlərinə görə, hazırda təhlükə qalmaqdadır və təcavüzə məruz qalmamaq üçün hüquqi və məcburi təminatların olmamasıdır.

 //Samir Qurbanov, Editor.az