Cənubi Osetiya separatçıları referendum təyin edib – Rusiyaya birləşmək üçün…backend

Cənubi Osetiya separatçıları referendum təyin edib – Rusiyaya birləşmək üçün…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 17-də Gürcüstan ərazisindəki separatçı Cənubi Osetiyanın Rusiyaya birləşməsinə dair referendum təyin olunub.

APA TASS-a istinadən xəbər verir ki, bununla bağlı separatçıların hazırkı başçısı Anatoli Bibilov referendum təyin edib.

Müvafiq fərman “Cənubi Osetiya” rəhbərinin saytında dərc olunub.

Bibilovun administrasiyası izah edib ki, “Cənubi Osetiya” Ali Məhkəməsi artıq referendumla bağlı sənədlər paketinə baxıb və müsbət nəticə verib.