Cənubi Osetiya və Abxaziyadakı separatçılar Gürcüstandakı vəziyyətdən qorxuya düşüblərbackend

Cənubi Osetiya və Abxaziyadakı separatçılar Gürcüstandakı vəziyyətdən qorxuya düşüblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Osetiya və Abxaziyanın qondarma xarici işlər nazirləri Axsar Djioyev və İnal Ardzinba kütləvi etirazların keçirildiyi Gürcüstandakı vəziyyəti müzakirə ediblər.

Editor.az xəbər verir ki, qismən tanınan bu separatçı rejimlər “Gürcüstnada gərginliyin artmasından və vəziyyətin mümkün destabilləşdirilməsindən” narahatdırlar. “Nazirlərin” fikrincə, bu, “Cənubi Qafqaz regionunda arzuolunmaz nəticələrə səbəb ola bilər”.

Djioyev və Ardzinba “Gürcüstanda yaranan vəziyyətə yaxından diqqət yetirməkdə” davam etmək və “Cənubi Osetiya Respublikası və Abxaziya Respublikası üçün mümkün təhlükələrin səviyyəsini azaltmaq” üçün hərəkətləri əlaqələndirmək niyyətindədirlər. Cənubi Osetiya Xarici İşlər Nazirliyinin bəyanatında “Rusiya Federasiyasının regionda sülh və təhlükəsizliyin təminatçısı kimi rolu” xüsusi olaraq vurğulanıb.

  //Samir Qurbanov, Editor.az