Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə artıb: “Bu sülh sazişinin imzalanmasını uzadı”backend

Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə artıb: “Bu, sülh sazişinin imzalanmasını uzadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan müharibə bitən gündən dünya ölkə və təşkilatlarını regionda sülhə vasitəçi olmağa dəvət etmişdi. Lakin uzun müddət əməli olaraq hərəkətə keçən bir qüvvə olmadı. Nəhayət Ermənistan və Azərbaycan qarşılıqlı olaraq danışıqlara başladığı zaman sülhə vasitəçi olmağa cəhdlər göründü”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, artıq Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə artıb və bu sülh sazişinin imzalanmasını uzadır:

“Çünki hər kəsin regionla bağlı öz maraqları var. Lakin bütün hallarda imzalanacaq sülh sazişi Azərbaycan dövlətinin milli maraqlarına uyğun olacaqdır. Azərbaycan nə qədər proses ətrafında geosiyasi gərginliyi azaltmağa çalışsa da, Ermənistan hökumətinin ənənəvi ittifaqlardan uzaqlaşması, yeni müttəfiqlərinin də Ermənistana göstərdiyi dəstək bu prosesə böyük problemlər yaradıb. Düşünürəm ki, artıq geosiyasi fon sülh prosesinə mənfi təsir göstərməkdədir.

Sonuncu dəfə Azərbaycan və Ermənistanın birlikdə yaydığı bəyanat aradakı gərginliyin azaldığına işarədir. Lakin Ermənistanın müttəfiqlərinin könlünü xoş etmə cəhdi sülhü ləngidir. Əslində vasitəçilərsiz imzalanan son bəyanat sülhlə bağlı sevindirici mesajlar verdi. Buna görə də gözlənilən prosesin yaxınlarda baş tutacağı ehtimalı yarandı. Azərbaycan və Ermənistan sülhə indiyənə kimi heç vaxt olmadıqları qədər yaxındırlar, arada vasitəçi roluyla maneə olmağa çalışanlar olmasa, bu proses davamlı olar və özünü doğruldar”.

//Gülnarə Abasova, Editor.az