Cənubi Qafqazda sülh yalnız torpaqların işğaldan azad edilməsindən sonra mümkündür – Türkiyə MNbackend

Cənubi Qafqazda sülh yalnız torpaqların işğaldan azad edilməsindən sonra mümkündür – Türkiyə MN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Qafqazda sülh yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra mümkündür.

Editor.az bildirir ki, bunu Trend-ə Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, bu, təkcə Azərbaycanın və Türkiyənin tələbi deyil, işğal olunmuş torpaqların azad edilməsini beynəlxalq hüquq da tələb edir:
“Bu gün Azərbaycan Ermənistanın Azərbaycan ərazisindən qoşunların çıxarılmasını tələb edən BMT qətnamələrini özü yerinə yetirir”.

Nazirlikdən bildiriblər ki, Türkiyə əvvəlki kimi Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və hər zaman Azərbaycanın yanında olacaq.