Bakı ilə İrəvan arasında sülhün bərqərar olması yaxındır. Bu, Cənubi Qafqaz üçün yeni imkanlar açacaq. Editor.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Türkiyə XİN-nin rəhbəri Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olacağına ümid etdiyini bildirib. “Biz Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına daha yaxınıq.
Sülhün əldə olunması regionun inkişafına töhfə verəcək və yeni imkanlar açacaq. Türkiyə bu prosesdə bütün səyləri dəstəkləyir”, – Fidan vurğulayıb. Hazırda tərəflər sülh sazişinin mətni üzərində razılığa gəlməkdə davam edirlər.
//Samir Qurbanov, Editor.az