Cənubi Qafqazda YENİ DÖVR BAŞLAYIR:” Yaxın vaxtlarda sülh müqaviləsi imzalanacaq”backend

Cənubi Qafqazda YENİ DÖVR BAŞLAYIR:” Yaxın vaxtlarda sülh müqaviləsi imzalanacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur dəhlizinin Kalininqrad statusu ilə açılması daha realdır. Çünki 10 noyabr 2020-ci ildə təsdiq olunmuş üçtərəfli Bəyanatda Azərbaycanın şərq rayonları ilə Naxçıvan arasında maneəsiz keçidin təşkil olunması ilə bağlı Ermənistan öhdəlik götürüb. Bu baxımdan Naxçıvana maneəsiz keçidin açılmasının alternativi yoxdur”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, keçid Naxçıvana ancaq Azərbaycandan daşınmalar üçün olacaq:

“Amma beynəlxalq daşımaların isə Ermənistanın qanunlarına əsasən nəzarət olunmalı olduğunu hesab edirik. Son vaxtlar bu məsələ Ermənistan ictimaiyyətində də çox müzakirə olunur. Artıq Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar keçirilməyə başlayandan sonra proseslər müsbətə doğru irəliləyir. Belə ki, 4 kəndimiz qaytarıldı, həmin kəndlərin ərazisindən keçən sərhəd delimitasiya olundu və proses davam edir. Sülh müqaviləsi ilə bağlı çərçivə sənədinin hazırlanması prosesində irəliləyişlər var və yaxın zamanlarda bu sənədin qəbul olunması reallaşa bilər. O cümlədən Zəngəzur dəhlizi və iki ölkə arasındakı bütün kommunikasiyaların açılması məsələləri də həll oluna bilər. Bu baxımdan proseslərin gedişatı yaxın zamanlarda Cənubi Qafqazda sülh və əməkdaşlıq sahəsində yeni dövrün başlaya biləcəyi ilə bağlı fikir bildirmək imkanı yaranır”.

//Gülnarə Abasova, Editor.az