Cənubi Qafqazda yeni müharibə ehtimalı var?- AÇIQLAMAbackend

Cənubi Qafqazda yeni müharibə ehtimalı var?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Cənubi Qafqazda öz maraqları üçün erməni separatçıları ilə əlbir olması heç kəsə sirr deyil. Onsuz da indiyənədək baş verən təxribatların hər birinin arxasında Rusiya durur. Ancaq hesab edirəm ki, Moskvanın maksimum edə biləcəyi budur”.

Bunu Editor.az-a AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli rusiyalı ekspert İqor Korotçenkonun açıqlamsında “Ermənistanın Rusiya və Azərbaycanı münaqişəyə sövq etmək üçün Qarabağda Rusiya sülhməramlılarına qarşı separatçı qeyri-qanuni silahlı birləşmələrin təxribatları mümkündür. Eyni zamanda Cənubi Qafqazı müharibəyə sürükləmək kimi məqsədlərin olduğu da heç kimə sirr deyil”, -deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya birbaşa Azərbaycan ilə hər hansısa bir münaqişəyə girmək istəməz: “Çünki bu, Rusiyanın Ukraynadakı müharibəsi bitməmiş ikinci cəbhənin açılması anlamına gəlir. Rəsmi Moskva çox gözəl bilir ki, Azərbaycan artıq tək deyil, onun yanında qardaşı və dostu Türkiyə var. Rəsmi Bakıya qarşı açıq şəkildə istənilən münaqişə Türkiyə ilə qarşıdurmaya çıxara bilər. Türkiyənin eyni zamanda, NATO ölkəsi olduğunu unutmaq olmaz. Hesab edirəm ki, Rusiya hakimiyyəti bu səhvə yol verməz”.

K.Məmmədlinin fikrincə, Rusiya separatçılara gizli dəstək verir: “İstənilən halda Azərbaycan bu təxribatlara ən sərt şəkildə cavab verməyə hazırdır. Azərbaycan hər an öz ərazisində antiterror əməliyyatına başlaya bilər və bu, bütün beynəlxalq qanunlara tam olaraq uyğundur “.

//Safura Bənnayeva, Editor.az