“Cənubi Qafqazda yenidən müharibə təhlükəsi var”- ŞƏRHbackend

“Cənubi Qafqazda yenidən müharibə təhlükəsi var”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənubi Qafqazda yeni müharibə planları hazırlanır. Ermənistan növbəti dəfə ABŞ və Avropa İttifaqının alətinə çevrilir. Azərbaycan və Ermənistanın şərti sərhəd xəttinə Ermənistanın hərbi texnikalar yerləşdirməsi müşahidə olunur. ABŞ və Avropa İttifaqının 5 aprel tarixində Ermənistanla bağlamaq istədiyi hərbi pakt Azərbaycana qarşı deyil, bütün region üçün böyük təhdiddir. Rusiya artıq mövcud vəziyyəti kəskin pislədi və Ermənistana açıq xəbərdarlıq etdi. Qırmızı xətlərə həssas yanaşan İran isə hələ də susur”.

Bunu Editor.az-a açıqlamasında “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nərminə Qəribova deyib.

Onun sözlərinə görə, bütün regionu təhdid altında saxlayan hərbi paktla əlaqədar region ölkələri- Gürcüstan, qardaş Türkiyə də öz qəti mövqeyini bildirməlidir:

“Ermənistan Qərb dövlətlərinin Cənubi Qafqazda çirkin maraqlarının olmasını və bu oyunda alət olduğunun fərqinə varmalıdır. Azərbaycan dövləti öncədən xəbərdarlıq edərək, bundan sonra baş verəcək hadisələrdə Qərbin günahkar olduğunu, eyni zamanda oynanılan çirkin oyundan xəbərdar olduğunu bildirib”.

//Editor.az