Cənubi Qafqazın ən “ZƏİF BƏNDİ”- Onun üzərindən maraqlarını təmin etməyə çalışırlarbackend

Cənubi Qafqazın ən “ZƏİF BƏNDİ”– Onun üzərindən maraqlarını təmin etməyə çalışırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənubi Qafqaz bütün zamanlarda dünyanın geosiyasi və geostrateji baxımdan ən önəmli bölgələrindən biri olmuşdur. Qlobal iqtisadi və siyasi sistemlərinin çöküşünün müşahidə olunduğu bir dönəmdə region və regiondan kənar güclərin bu coğrafiyada mövqe tutmağa çalışmaları təbii, eyni zamanda gözlənilən idi”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun 44 günlük savaşdan və bir günlük antiterror əməliyyatından sonra Cənubi Qafqazda yaranmış yeni reallıqları fonunda Aİ-ı və NATO kimi təşkilatlar regiona təsir rıçaqlarına sahib olmaq üçün Ermənistan üzərindən siyasət yeridirlər:

“Əslində bunun “Qərb dəyərləri”, demokratiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Əslində Ermənistan da azad olmaq, müstəqil olmaq, Azərbaycanla sülh bağlamaq üçün də çalışmır. Hədəf sadəcə “ağa” dəyişdirməkdən ibarətdir. Aİ-nın yüksək rütbəli nümayəndələrinin İrəvana vaxtaşırı səfərləri, şirnikləndirici vədləri, fikrimcə Ermənistanı Rusiyaya qarşı təhrik etmək niyyəti güdür, necə ki, Ukraynada bunu bacardılar. Görünən odur ki, nə Aİ və NATO kimi qərb təşkilatları, nə də Rusiya və İran kimi ölkələr Cənubi Qafqazda sülh üçün çalışmırlar, tam əksinə, öz maraqlarını təmin etməyin davasını aparırlar. Ermənistanın Cənubi Qafqazın “zəif bəndi” olduğunu nəzərə alsaq, deyə bilərik ki, digər güclər məhz bu zəif bənd üzərindən öz maraqlarını təmin etməyə çalışırlar. Ermənistan rəhbərliyinin ortaya siyasi iradə qoyması vacibdir, əks-təqdirdə Cənubi Qafqazda baş verə biləcək narahatlıqların tarixi və siyasi məsuliyyəti Ermənistanın üzərinə düşəcək”.

//Gülnarə Abasova, Editor.az