“Çəp baxdığı” üçün kişini uşağının gözü qarşısında döydü – VİDEObackend

“Çəp baxdığı” üçün kişini uşağının gözü qarşısında döydü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parkda uşağı ilə gəzən kişi “çəp baxdığı” üçün qonşusu tərəfindən döyülüb.

“LifeShot” “Telegram” kanalı baş verənlərlə bağlı görüntüləri paylaşıb.

Məlumata görə, hadisə Rusiyanın Krasnodar şəhərində baş verib. Zərərçəkənin arvadının sözlərinə görə, həmin günü o, əri və uşağı ilə parkda olub. Ata uşağını yelləncəkdə yellədib, qadın isə yaxınlıqdakı oturacaqda oturub. Bu zaman parkın yaxınlığında dayanan maşından bir qrup gənc düşüb və söyüşlə danışmağa başlayıblar. Sonra onlardan biri qadının ərinə yaxınlaşıb və nə səbəbə “tərs” baxdığını soruşub. Gənc onlara tərəf baxmadığını desə də, onları inandıra bilməyib.

Nəticədə kişi arvadının və uşağının gözü qarşısında amansızlıqla döyülüb.

Hazırda polis işi nəzarətə götürüb. Kişi isə çoxsaylı travmalarla xəstəxanaya yerləşdirilib.