Rusiya futbol yığmasının baş məşqçisi vəzifəsindən azad edildibackend

Rusiya futbol yığmasının baş məşqçisi vəzifəsindən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın futbol üzrə yığma komandasının baş məşqçisi Stanislav Çerchesov tutduğu vəzifədən azad olunub. Editor.az Rusiya mediasına istinadən xəbər verir ki, Stanislav Çerchesovla müqavilə ləğv edilib.

“Rusiya Futbol Federasiyası komandanı 2022-ci il Dünya Kubokunun seçmə oyunlarına hazırlayacaq baş məşqçi vəzifəsinə namizədlərin axtarışına başlayıb” – deyə federasiyasnın mətbuat xidmətinin rəhbəri Aleksandr Dyukov deyib.

Xatırladaq ki, Rusiya millisi Avropa çempionatında B qrupunda sonuncu yeri tutaraq pley-offa çıxa bilmədi. Komanda Finlandiya millisini məğlub etsə də(1: 0), Belçikalılara (0: 3) və Danimarkalılara məğlub oldu ( 1: 4).

Ruslar növbəti rəsmi görüşünü sentyabrın 1-də xorvatlarla evdə keçirəcəklər.

Qeyd edək ki, Çerchesov 2016-cı ildən bəri Rusiya millisinə rəhbərlik edir.

//Editor.az