Bu barədə Çerniqov Vilayət Dövlət Administrasiyasının sədri Vyaçeslav Çaus məlumat verib.
Editor.az UNIAN-a istinadən xəbər verir ki onun sözlərinə görə, rayonda şəhərin “təslim olması” ilə bağlı dezinformasiyalar yayılır, bu sualla gün ərzində 20 nəfər şəxsən ona zəng edib.
“Şimal” əməliyyat komandanlığının komandiri Viktor Nikolyuk da öz növbəsində vurğulayıb ki, Çerniqov Ukrayna olub, var və qalacaq.
Həmçinin, mer Vladislav Atroşenko Çerniqovdakı vəziyyət barədə məlumat verdi
Bir gündə 5 yaralı, və bir nəfər əməliyyat olunub həyati təhlükəsi yoxdur. Xəstəxanalar normal rejimdə işləyir. Çerniqovda qazanxana zədələnib, elektrik naqillərində gurultu var.
//Gülnarə Abasova, Editor.az

