Ukrayna hərbçiləri fevralın 24-də ölkəmizi işğal edən rus ordusuna qarşı müqaviməti davam etdirirlər.
Editor.az-ın məlumatına görə bu barədə Ukraynanın Xüsusi Rabitə və İnformasiyanın Təhlükəsizliyi üzrə Dövlət Xidməti xəbər verir.
Bundan əlavə, Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin Volnovaxa yaxınlığında Rusiyanın SU-34 qırıcı-bombardmançı təyyarəsini vurduğu bildirilir.
Çerniqov vilayətində Ukrayna ordusu düşmən texnikasının bütün sütununu məhv edib. Daha bir rus karvanı Poltava vilayəti ilə sərhədə yaxın Sumı vilayətinin Moskovski Bobrik kəndində məhv edilib .
//Gülnarə Abasova, Editor.az

