Çerniqovda neft anbarı rus ordusu tərəfindən atəşə tutulduqdan sonra yanıb- FOTO/VİDEObackend

Çerniqovda neft anbarı rus ordusu tərəfindən atəşə tutulduqdan sonra yanıb- FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çerniqovda rus ordusunun atəşi zamanı tank parkına mərmi düşüb.

Editor.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin sosial şəbəkədə yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, saat 08:10 radələrində mərmi neft anbarına dəyib və nəticədə ümumi tutumu 5 min kubmetr olan çən alovlanıb. Hal-hazırda yanğının qara tüstüsü şəhərin hər yerində görünür. Həlak olanlar və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.

Yanğının söndürülməsinə Dövlət Fövqəladə Hallar Xidmətindən 25 nəfər və 9 texnika cəlb olunub.

//Gülnarə Abasova, Editor.az

 

фото ГСЧС Украины

фото ГСЧС Украины