Çerniqovda rus hərbçiləri bir-birinə atəş açıblarbackend

Çerniqovda rus hərbçiləri bir-birinə atəş açıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çerniqov vilayətində Ukrayna hərbçiləri ilə rus işğalçıları arasında qızğın döyüşlər gedir.

Editor.az “UNİAN”a istinadən xəbər verir ki, bu barədə “Şimal” əməliyyat komandanlığı məlumat verib.

Məlumata görə təşviş içində olan rus silahlı qüvvələri ən qəddar üsullara əl atırlar:

” Dinc əhaliyə atəş açır, evlərini qarət edir və yandırıb dağıdırlar. Rusiya ordusunun bəzi bölmələri Ukrayna hərbçilərinin mühasirəsinə düşüb. Mühasirəni yarmağa çalışarkən isə onlar bir-birinə atəş açıblar. Bundan əlavə, Çerniqov vilayətinin müdafiəçiləri işğalçıların ön komanda məntəqəsini, bir neçə təkərli və zirehli texnika kolonunu məhv etməklə, onların hücum planını pozmuşdular”.

//Gülnarə Abasova, Editor.az