Çerniqovda ukraynalı aktyor və rejissor həlak olubbackend

Çerniqovda ukraynalı aktyor və rejissor həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı aktyor və səs rejissoru Pavlo Eremenko Ukraynada müharibənin ilk günlərində sevgilisi Oksana və atası ilə birlikdə ölkəsinin müdafiəsinə qoşulmuşdu.

Bu barədə Editor.az “Unian.net”ə istinadən xəbər verir.
Xəbərə görə, martın 12-də Pavel atası ilə birlikdə Çerniqovdakı Qaqarin adına stadionu müdafiə edirdi. Bu zaman o, rus işğalçılarının atdığı bombaların törətdiyi dağıntıların altında qalıb.

Həkimlər Paveli dağıntılar altından çıxara bilsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxana otağında dünyasını dəyişib.

“O, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi. Amma həmin gün Çerniqovda işıqlar söndü. KT çəkmək mümkün olmadı. Əməliyyat olunmalı idi, amma çatdıra bilmədik. Və o, sevgilisinin qollarında can verdi” – sənətçinin dostu bildirib.

Editor.az