Cəsədi 5 aydır morqda saxlanılan çeçen qadın İrəvanda dəfn edildibackend

Cəsədi 5 aydır morqda saxlanılan çeçen qadın İrəvanda dəfn edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda qətlə yetirilən çeçen qadını Ayşat Baymuradova İrəvanda dəfn edilib. Onun cəsədi bir neçə ay idi ki, morqda saxlanılırdı.

Publika.az xəbər verir ki, Ermənistan qanunlarına görə, qızın cəsədi yalnız qohumlarına dəfn üçün təhvil verilə bilərdi, lakin onlar qızı qəbul etməkdən imtina ediblər və sorğulara cavab verməyiblər.

Ermənistan hakimiyyəti dəfn xərclərini ödəməyə və cəsədi hüquq müdafiəçilərinin köməyi ilə dəfn üçün təhvil verməyə razılaşıb. Onun məzarı qəbiristanlığın ayrıca hissəsində yerləşir və burada başdaşı qoyulmadan dəfn mərasimləri keçirilir.

Məişət zorakılığı səbəbindən ailəsindən qaçan 23 yaşlı Çeçenistan əsilli Ayşat Baymuradova 15 oktyabr 2025-ci ildə İrəvanda yoxa çıxıb. O, Karina İminova adlı bir qadınla görüşməyə gedib və bir neçə gün sonra ölü tapılıb. Ermənistan hüquq-mühafizə orqanları onun qətlində İminova və Çeçenistan əsilli Səid-Həmzət Baysarovu şübhəli bilir.