Çətin münasibətlərə baxmayaraq, Tokio Moskva ilə sülh müqaviləsi imzalamaq istəyirbackend

Çətin münasibətlərə baxmayaraq, Tokio Moskva ilə sülh müqaviləsi imzalamaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın baş naziri Şiqeru İşiba çıxışında bildirib ki, Moskva ilə çətin münasibətlərə baxmayaraq, Tokio hələ də ərazi məsələlərinin həllinə və sülh müqaviləsinin bağlanmasına sadiqdir.

“Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin ölkəmiz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətində öz kursunu davam etdirəcək”, – İşiba parlament qarşısında çıxışı zamanı deyib. Beləliklə, o, ilk proqram çıxışında artıq səsləndirdiyi tezisi təkrarlayıb.

Xatırladaq ki, noyabrın 7-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyası Yaponiya hökuməti sanksiyalar tətbiq etməmişdən əvvəl Yaponiya ilə danışıqları və sülh müqaviləsini müzakirə etməyə davam edib. O, əmin edib ki, Rusiya “təbii tərəfdaş” kimi Yaponiya ilə “növbəti 5 il və növbəti 50 il ərzində” əlaqələr qurmağa hazırdır. Yaponiya Xarici İşlər Nazirliyi bu bəyanatı müsbət adlandırıb.

//Samir Qurbanov, Editor.az