Çexiya əks kəşfiyyat rəhbərinin səlahiyyətləri daha 5 il uzadıla bilərbackend

Çexiya əks kəşfiyyat rəhbərinin səlahiyyətləri daha 5 il uzadıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyanın Baş naziri Andrey Babiş parlamentdə təmsil olunan tərəfləri ölkənin Təhlükəsizlik və İnformasiya Xidmətinin (əkskəşfiyyat) direktoru Mixal Koudelkanın səlahiyyət müddətinin beş il uzadılması məsələsinə münasibət bildirməyə dəvət edib.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə hökumət başçısı prezident Miloş Zeman ilə görüşdən sonra jurnalistlərə bildirib.

Qeyd edilir ki, əks kəşfiyyat direktorunun səlahiyyətlərinin müddəti avqustun 15-də başa çatır. Baş nazir sorğusunu Çexiya Parlamentinin deputatlar palatasının (aşağı palata) təhlükəsizlik məsələləri üzrə xüsusi komitə üzvlərinə ünvanlayıb.