Çexiya Kiyevdəki səfirliyini yenidən açıbbackend

Çexiya Kiyevdəki səfirliyini yenidən açıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya hücumundan sonra Çexiya fevralın 24-də Kiyevdəki səfirliyini bağlamışdı.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Çexiya Xarici İşlər Nazirliyi Kiyevdəki səfirliyinin yenidən açıldığını elan edən bəyanatla çıxış edib.

“Kiyevdə Çexiya bayrağı yenidən dalğalandı, çex diplomatları geri döndü. Bu, Ukraynaya dəstəyimizi nümayiş etdirdiyimiz çoxsaylı addımlardan biridir. Çexiya hər zaman Ukraynanın arxasında olub və bundan sonra da olacaq”, -deyə bəyanatda bildirilib.

Qeyd edək ki, bu yaxınlarda Sloveniya, Litva və Türkiyə Kiyevdəki səfirliklərinin fəaliyyətinin bərpa olunduğunu bildiriblər.

//Editor.az