Çexiya parlamenti Rusiyanın hərbi cinayətlərini soyqırımı kimi tanıdıbackend

Çexiya parlamenti Rusiyanın hərbi cinayətlərini soyqırımı kimi tanıdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya Senatı Rusiya ordusunun Ukraynada törətdiyi cinayətləri soyqırımı kimi tanıyıb. Bu barədə Editor.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir. Ukraynanın Praqadakı səfiri Yevgeni Perebiynisin sözlərinə görə, “Çexiya Senatı Rusiya ordusunun Ukraynada törətdiyi cinayətləri Ukrayna xalqına qarşı soyqırımı kimi tanıdı.

Qəbul edilmiş qətnamədə Ukraynanı silahla təmin etməyə davam etmək və Aİ-yə namizəd olmasına dəstək məsələsi də yer alıb”. Senatorlar Rusiyanın Ukraynanın Buça, Borodyanka, İrpen və Mariupol kimi şəhərlərində terrora, kütləvi edamlara və yüz minlərlə insanın deportasiyasına səbəb olan çoxsaylı hərbi cinayətlərini pisləyərək, onları soyqırımının təzahürü kimi qiymətləndiriblər. Bundan əvvəl anoloji qərarları Litva və Latviya Seymləri, həmçinin Estoniya parlamenti də qəbul edib.

  Editor.az