Çexiya prezidenti motosikldə qəzaya düşdübackend

Çexiya prezidenti motosikldə qəzaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya prezidenti Petr Pavel motosiklet qəzasına düşərək xəstəxanaya aparılıb. Lakin onun aldığı xəsarətlər “ciddi deyil”.

Editor.az bildirir ki, bu barədə Prezidentin mətbuat xidmətindən bildirilib. 62 yaşlı Pavelin tibb müəssisəsində neçə gün qalacağı məlum deyil. Hadisə dünən, mayın 23-də qapalı yarış yolunda baş verib.

Buna nəyin səbəb olduğu açıqlanmır, lakin polis araşdırmaq niyyətində deyil. Media yazıb ki, Çexiya prezidenti adətən alman motosikli olan BMW R1200GS modelindən istifadə edir: “Onun xəsarətləri ciddi deyil, lakin qısa müddət ərzində Praqa Hərbi Universitet Xəstəxanasında müşahidə altında qalmağı tələb edəcək” – deyə Çexiya prezidentinin ofisindən bildirilib.

//Samir Qurbanov, Editor.az