Çexiya prezidenti ölkə vətəndaşlarına Ukrayna ordusuna qoşulmağa icazə verdibackend

Çexiya prezidenti ölkə vətəndaşlarına Ukrayna ordusuna qoşulmağa icazə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya Prezidenti Petr Pavel respublikanın 60 vətəndaşına Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulmağa icazə verib.

Oxu.Az xəbər verir ki, bu barədə Çexiya Radiosu dövlət başçısının mətbuat katibi Filip Platosa istinadən məlumat yayıb.

Ümumilikdə 180-dən çox çex Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq üçün icazə almaq məqsədilə ərizə təqdim edib. Onlardan neçəsinin rədd edildiyi barədə məlumat verilmir.

2022-ci il fevralın 24-dən etibarən respublika vətəndaşlarına Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulmaq üçün 132 icazə verilib. Lakin belə icazə alanlardan neçəsinin əslində Ukraynaya getdiyi məlum deyil.

Çexiya qanunvericiliyi respublika vətəndaşlarının prezidentin icazəsi olmadan hərbi və ya hərbiləşdirilmiş xarici birləşmələrdə iştirakını istisna edir. Bu qayda yaşayış icazəsi olan əcnəbilərə də şamil oluna bilər.