Ukraynada müharibə o zaman bitəcək ki, hər iki tərəf öz məqsədlərinə hərbi yolla nail olmağın mümkün olmadığını başa düşsün, bu da illər çəkə bilər.
Editor.az bildirir ki, bunu Çexiya prezidenti Petr Pavel deyib. “Münaqişə hər iki tərəfi hərbi vasitələrlə siyasi məqsədlərinə nail ola bilməyəcəyinə inandırmağa kifayət qədər qüvvələr olana qədər davam edəcək.
Bu, bu il də baş verə bilər, gələn il və ya bəlkə bir neçə ildən sonra da baş verə bilər. Münaqişə qaynar fazadan keçərək illərlə davam edə biləcək dondurulmuş bir münaqişəyə çevriləcək “, – Pavel deyib. Onun fikrincə, bir neçə ildən sonra hər iki tərəf müharibəni davam etdirməyin mümkün olmadığını anlayacaq və danışıqlara başlayacaq. Amma dünya gücləri buna ciddi töhfə verməlidir – təkcə ABŞ deyil, eyni zamanda Çin də.
//Samir Qurbanov, Editor.az