Çexiya Prezidenti xəbərdarlıq etdi: Avropa Donald Trampın hakimiyyətə gəlməsinin nəticələrinə hazır olmalıdırbackend

Çexiya Prezidenti xəbərdarlıq etdi: Avropa Donald Trampın hakimiyyətə gəlməsinin nəticələrinə hazır olmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa ölkələri Donald Trampın 2024-cü ildə ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə hakimiyyətə gəlməsinin nəticələrinə hazır olmalıdır.

Editor.az ČTK-ya istinadən xəbər verir ki, bu barədə yanvarın 29-da Çexiya Prezidenti Petr Pavel məlumat verib. O, hesab edir ki, Tramp Ağ Evin xarici siyasətini kəskin şəkildə dəyişdirə, Ukrayna və Avropanın maraqlarını nəzərə almadan işğalçı Rusiya ilə razılığa gələ bilər.

Pavelin fikrincə, hakimiyyətə gəldikdən sonra onun Rusiya prezidenti Vladimir Putinlə çox tez razılığa gələcəyi ssenari olduqca real görünür. “Bu halda biz çox şeyin öhdəsindən gəlmək məcburiyyətində qalacağıq… Bu, transatlantik əlaqələri pozmaq, ABŞ-ı müttəfiq kimi şübhə altına almaq deyil. Amma biz real olaraq etiraf etməliyik ki, Tramp çox şeyə fərqli baxır”, – Çexiya lideri vurğulayıb.

Onun fikrincə, belə bir perspektiv fonunda Ukraynada döyüş meydanında qüvvələrin tarazlaşdırılması həmişəkindən daha vacibdir.

Pavel əmindir ki, bunun üçün Ukrayna Silahlı Qüvvələri müttəfiqlərindən təkcə müdafiə silahları deyil, həm də müharibənin gedişatına strateji təsir göstərə biləcək vasitələr – daha uzun mənzilli qanadlı raketlər, eləcə də F-16 təyyarələri almalıdır.

//Samir Qurbanov, Editor.az