Çexiyada matəm elan edildibackend

Çexiyada matəm elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya hökuməti Praqada universitetdə baş verən qətliamdan sonra dekabrın 23-ü şənbə günü milli matəm günü elan edib.

Editor.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala bildirib. Son məlumatlara görə, atışma nəticəsində 14 nəfər ölüb, daha 25 nəfər yaralanıb. Hadisə dünən, dekabrın 21-də Karlovo Universitetinin binasında baş verib.

İstintaqın məlumatına görə, atəş açan şəxs fakültələrdən birinin tələbəsi imiş və onun odlu silah saxlamaq üçün lisenziyası olub.

O, intihar edib. Polis Bryanskda gimnaziyaya edilən son hücumun onu cinayəti törətməyə ruhlandıra biləcəyi nəzəriyyəsini yoxlayır. Təqsirləndirilən şəxs atışmadan əvvəl atasını öldürübmüş.

//Samir Qurbanov, Editor.az