Çexiyada qocalar evində yanğın baş veribbackend

Çexiyada qocalar evində yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyanın paytaxtı Praqada Alzheimer xəstələrinin yerləşdirildiyi qocalar evində dünən gecə saatlarında naməlum səbəbdən yanğın baş verib. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, xəstəxanadakı 56 xəstədən 54-ü yanğın zamanı yaralanıb. Hadisə zamanı iki nəfər vəfat edib. Yanğınsöndürənlər yanğını hələ də tam söndürə bilmədikləri üçün yanğının səbəbi barədə araşdırma aparılmayıb.

Rəsmilər binaya dəymiş ziyanın təxminən 70 milyon kron (təxminən 2,8 milyon avro) təşkil etdiyini bildirib.

Praqa yanğınsöndürmə briqadasının sözçüsü Tereza Skora Flieqerova binanın yanğından zərər gördüyü üçün istifadəyə yararsız olduğunu və xəstələrin təxliyyəsinin tamamlandığını deyib.

//Nəzərbəy, Editor.az