Çexiyada yerin 1.5 metr dərinliyində döyüş sursatları aşkar edilibbackend

Çexiyada yerin 1.5 metr dərinliyində döyüş sursatları aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyanın Znaym şəhərində qazıntı işləri aparılarkən yerin 1.5 metr dərinliyində İkinci Dünya Müharibəsinə aid döyüş sursatları aşkar edilib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, qazıntılar zamanı Almaniya istehsalı olan 92 ədəd tank əleyhinə “Panzerfaust” tapılıb. Eyni zamanda, Almaniya və Macarıstan istehsalı olan 2000-dən çox əl qumbarası aşkar edilib.

Znaym Bələdiyyəsinin sədri Jindriç Bulin silah sursatın nə qədər əraziyə yayıldığını bilmək üçün qazıntıların bitməsini gözləmək lazım olduğunu bildirib.

//Nəzərbəy, Editor.az