Çexiyadan Rusiya və Belarusa sərt reaksiya: “Qəbuledilməzdir”backend

Çexiyadan Rusiya və Belarusa sərt reaksiya: “Qəbuledilməzdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib ki, Rusiya və Belarus idmançılarının 2024-cü il Paris Olimpiadasında iştirak etmək imkanları qəbuledilməzdir.

Editor.az xarici mediaya istinadən bildirir ki, Lipavski Rusiya və Belarus idmançılarının dünya idman arenasına qayıtma ehtimalına heç bir məna verə bilmədiyini ifadə edərək rusiyalı idmançıların Rusiya tərəfindən yetişdirildiyini xatırladıb.

Olimpiya xəyalları puç olan onlarla ukraynalı idmançının müharibədə həyatını itirdiyini qeyd edən Lipavski Rusiya və Belarus idmançılarının oyunlara qatılma ehtimalına mənfi münasibət bildirib.

Onu da qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi verdiyi açıqlamada daha əvvəl qadağan olunmuş idmançıların müəyyən şərtlərlə yenidən oyunlara qatıla biləcəyini açıqlayıb və İngiltərə, Polşa da daxil olmaqla, bir çox ölkə bu qərara qarşı çıxıb.

//Safura Bənnayeva, Editor.az