Çexiya hakimiyyəti Ukrayna üçün dron istehsal edn müəssissəinin anbarında baş verən yanğının qəsdən törədilmiş ola biləcəyinə inanır.
Musavat.com xarixi mediaya istinadla xəbər verir ki, yanğın Pardubitse şəhərində dronlar və digər hərbi texnika istehsal edən LPP Holding şirkətinə məxsus anbarda baş verib. Çexiya hakimiyyətinin ilkin qiymətləndirmələrinə görə, yanğın qəsdən yandırma nəticəsində baş vermiş ola bilər, lakin terror hücumu da nəzərdən keçirilir.
Bu ehtimalı gücləndirən detal istehsal edilmiş dronların Ukraynaya göndərilmək üçün nəzərdə tutulmasıdır.
Telegram-da naməlum “Zəlzələ fraksiyası” qrupu yanğına görə məsuliyyəti öz üzərinə götürüb. Mesajda obyektin İsrailə silah çatdırılması ilə əlaqəli olduğu iddia edilir.
Lakin Çexiya kəşfiyyat orqanları bu cür iddiaların müstəntiqləri çaşdırmaq cəhdi ola biləcəyi ehtimalını istisna etmir. Mümkün yanğının arxasında duranların kimliyi hələ müəyyən edilməyib.

