“Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsası 1999-cu ildə qoyulub. 2016-cu ildə verilən mandata əsasən, 2017-ci ildən yeni hərtərəfli saziş əsasında danışıqlara başlanılıb”.
Editor.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, son illər bu məsələdə durğunluq müşahidə olunurdu, amma indi sazişdən irəli gələn öhdəlikləri intensivləşdirmək üçün qarşılıqlı razılaşma əldə edildi:
“Aİ-nin regionla və Mərkəzi Asiya ilə bağlı mövqeyini də nəzərə alaraq hesab edirik ki, saziş faydalı ola bilər. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşdır. 2024-cü ildə bizim ticarət dövriyyəmiz 20 milyard dollar təşkil edib”.