Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıbbackend

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ceyhun Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində Rəcəb Tayyib Ərdoğanın və hakim partiyanın səs çoxluğu ilə irəlidə olması münasibətilə Çavuşoğluna təbriklərini çatdırıb. Bu seçkilər nəticəsində qardaş Türkiyənin daha da güclənəcəyinə əminlik ifadə olunub.

Mövlud Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı həmçinin bölgədə cari vəziyyət və sülh danışıqları üzrə son yeniliklər müzakirə edilib.