Ceyhun Bayramov Türkiyəyə başsağlığı veribbackend

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi

Editor.az bildirir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov “Twitter” hesabında yazıb.

“Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”.

Qeyd edək ki, qəza nəticəsində 3 nəfər ölüb, 41 nəfər yaralanıb.